Bank Of Baku

I rübdə Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətinə çəkilən xərclərin həcmi açıqlanıb

I rübdə Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətinə çəkilən xərclərin həcmi açıqlanıb
# 14 may 2015 10:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 21 mln. kubmetr qaz olub.

 

APA-Economics”in xəbərinə görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.

 

Birinci rübdə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 12 mln. dollar əməliyyat xərcləri və 245 mln. dollar əsaslı xərclər sərf edilib.

 

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (operator – 28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), “Petronas” (15,5%), “Lukoyl” (10%), “Niko” (10%), və TPAO (19%) şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR