Bank Of Baku

İlin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik olaraq 17,8 mln. kubmetr qaz və 108 137 barel neft ötürülüb

İlin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik olaraq 17,8 mln. kubmetr qaz və 108 137 barel neft ötürülüb
# 15 avqust 2014 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 22,4 mln. dollar əməliyyat xərcləri və 325 mln. dollar əsaslı xərclər sərf edilib.

 

Kəmərin operatoru olan “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tam il üçün əməliyyat xərclərinin 50 mln. dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1,250 mlrd. dollara qədər artacaq.

 

Bu ilin birinci yarısı ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 17,8 mln. kubmetr qaz və ya gündə 108 137 barel neft olub.

 

Xatırladaq ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

 

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (texniki operator – 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoyl” (10%), “Niko” (10%), və TPAO (9%) şirkətləridir. Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. “Total” “Şahdəniz”dəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb. Hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR