Bank Of Baku

İlin əvvəlindən 275 çoxmərtəbəli bina qazlaşdırılıb

İlin əvvəlindən 275 çoxmərtəbəli bina qazlaşdırılıb
# 05 oktyabr 2016 08:28 (UTC +04:00)

Bakı - APA-Economics. "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, "Azəriqaz" 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

 

Birlikdən "APA-Economics"ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 8434 ailə yaşayır.

 

"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR