Bank Of Baku

İlin əvvəlindən Azərbaycan xam neftin ixracını 2,5% azaldıb

İlin əvvəlindən Azərbaycan xam neftin ixracını 2,5% azaldıb
# 15 dekabr 2014 11:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələri əsasında 17 578 851,11 min ABŞ dolları dəyərində 22 219 006,56 ton xam neft ixrac olunub.

 

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır. Məbləğ dəyərində isə bu rəqəm 5,4% azdır.

 

Bu ilin 11 ayı ərzində 1 266 533,18 min dollar dəyərində 1 884 462,48 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26,7% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 15,3% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR