Bank Of Baku

İlin əvvəlindən Azərbaycanda 280 çoxmərtəbəli bina qazlaşdırılıb

İlin əvvəlindən Azərbaycanda 280 çoxmərtəbəli bina qazlaşdırılıb
# 08 sentyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azəriqaz” İstehsalat Birliyi (İB) çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

APA-Economics”ə verilən xəbərə görə, birlik 2015-ci ilin yanvar-avqust aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 278 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

 

Qeyd edək ki, həmin binalarda ümumilikdə 5 169 ailə yaşayır.

 

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR