Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 21 mlrd. dollar olub. Bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır. İxracın azalması əsasən xam neft ixracının aşağı düşməsi ilə bağlı olub.
“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin saytında Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsində əks olunub.
İxracın azalması əsasən xam neft ixracının aşağı düşməsi ilə bağlı olub. Xam neft ixracı 16 mlrd. dollar və neft məhsullarının ixracı 1,2 mlrd. dollar, təbii qazın ixracı 1,3 mlrd. dollar olub.
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda idxalın həcmi 5,6 mlrd. dollar olub.
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9,8 mlrd. dollar təşkil edib.