Bank Of Baku

İlin əvvəlindən Ukrayna Azərbaycandan 24 mln. dollarlıq neft alıb

İlin əvvəlindən Ukrayna Azərbaycandan 24 mln. dollarlıq neft alıb
# 14 mart 2017 06:27 (UTC +04:00)

2017-ci ilin ilk iki ayında Ukrayna neft məhsulları idxalını artırıb.


"APA-Economics" xəbər verir ki, hesabat dövründə "qara qızıl" idxalı 58%, neft məhsullarının idxalında 72%-lik artım qeydə alınıb. Beləliklə, Ukrayna bu ilin yanvar-fevral aylarında ümumilikdə 583 mln. dollarlıq neft məhsulları alıb.

 

Ukrayna Belarusdan 285 mln. dollarlıq neft məhsulları alıb ki, bu da idxal üçün xərclənən vəsaitin 50%-ni təşkil edir. Rəsmi Kiyev Rusiyadan 159 mln. dollar (27,1%), Yunanıstandan 47,4 mln. dollarlıq (8,1%) neft məhsulları alıb.

Ukrayna digər ölkələrdən təxminən 92 mln. dollarlıq neft məhsulları idxal edib. Ukrayna Azərbaycandan 24 mln. dollar, Qazaxıstandan 11,4 mln. dollar, Rumıniyadan 0,7 mln. dollar məbləğində neft alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR