Bu ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 242 min 574 ton Azərbaycan nefti nəql olunub ki, bu da 2016-cı ilin analoji ayı ilə müqayisədə 10,38% azdır.
"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, cari ilin mart ayı ilə müqayisədə isə SOCAR BTC ilə neft nəqlini 7,82% artırıb.
Bu ilin yanvar-aprel aylarında bu kəmərlə 8 mln. 724 min 383 ton neft ötürülüb ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 11,12% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin may ayının 1-ə qədər BTC-yə 330 mln. 262 min 445 ton neft vurulub.