Bank Of Baku

İndiyədək Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb

İndiyədək Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb
# 02 may 2017 09:07 (UTC +04:00)

Bu ilin aprel ayı ərzində 2 mln. 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 7,37% azdır.

 

"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, cari ilin mart ayı ilə müqayisədə isə SOCAR Ceyhan limanından neft ixracını 20,45% azaldıb.

 

Bu həcmin 1 mln. 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

 

2017-ci ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 mln. 39 min 435 ton təşkil edib ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 20,31% azdır.
 

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən bu ilin may ayının 1-ə qədər Ceyhan limanından 327 mln. 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR