"APA-Economics"in "IRNA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib.
"Bizim təklifimiz - Azərbaycan və Türkmənistan qazının İranda qəbulu, daha sonra Türkiyə vasitəsilə Avropaya tranzitidir, çünki bu marşrut qazın Avropaya ixracı üçün ən sərfəli marşrutdur", - deyə A.Ramazani bildirib.
Onun sözlərinə görə, müvafiq infrastrukturun təşkil olunması ilə bağlı hazırlıqlar siyasi maneələrin aradan qaldırılmasından sonra başlaya bilər. A.Ramazani həmçinin əlavə edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəmərləri ilə Azərbaycandan Avropaya ixrac planı çox bahalı və sərfəli olmayacaq.
Bundan başqa, A. Ramazani vurğulayıb ki, Avropa ölkələri siyasi səbəblərdən İran qazını idxal etmək niyyətində deyil: “Lakin Avropanın bəzi parlamentləri artıq bu məsələni nəzərdən keçirir”.