Bank Of Baku

İran öz neftini Azərbaycana qazına dəyişməyə hazırdır

İran öz neftini Azərbaycana qazına dəyişməyə hazırdır
# 28 mart 2016 11:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "İran Azərbaycana neft satıb, əvəzində təbii qaz ala bilər".

 

"APA-Economics" xəbər verir ki, bu barədə İranın Neft Nazirliyinin Xəzər neft və qaz işləri üzrə sabiq icraçı direktoru Mahmud Kaqani bildirib.

 

Onun sözlərinə görə, İran enerji daşıyıcılarının mübadiləsində maraqlıdır: "Mübadilənin qonşu ölkələrlə olması çox vacibdir. İran Azərbaycana neft satıb, əvəzində təbii qaz ala bilər. İranın Enerji Nazirliyi Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanla enerji mübadiləsi həyata keçirmək mövzusunda ciddi görüşlər həyata keçirir. İran enerji təhlükəsizliyi üçün enerji mübadiləsinə hazırdır. Enerji iqtisadi inkişafın və dayanıqlılığın lokomotividir", - deyə M. Kaqani qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR