Bu ilin may ayında aprel ayı ilə müqayisədə İraq orta sutkalıq neft ixracını 0,35% artıraraq gündəlik olaraq 3,26 mln. barelə çatdırıb.“APA-Economics”in məlumatına görə, bu barədə İraqın dövlət şirkəti olan SOMO-nun (State Oil Marketing Organization) hesabatında deyilir.
2017-ci ilin aprel ayının nəticələrinə görə, İraqdan orta sutkalıq neft tədarükünün həcmi gündəlik olaraq 3,25 mln. barel təşkil edib. May ayında isə İraq ümumilikdə 101,1 mln. barel neft ixrac edib ki, bu da aprel ayı ilə müqayisədə 3,6% artım deməkdir. Bütün neft həcmləri “Bəsra” və “Kərkük” yataqlarından ixrac edilib. Belə ki, “Bəsra” yatağından neft ixracının həcmi may ayında aprel ayı ilə müqayisədə 3,6% artaraq 100,4 mln. barel, “Kərkük” yatağından isə ixrac dəyişilməz qalaraq 0,7 mln. barel səviyyəsində olub.
Hesabat dövründə Hesabat dövründə Hİraqın neft ixracından gəlirləri bir barelin orta qiyməti 45,727 dollar olmaqla 4,623 mlrd. dollar təşkil edib. Bu ilin aprel ayında isə bu gəlirlər 4,607 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, hazırda İraq neft ehtiyatlarının həcminə görə dünyada 5-ci yeri tutur və onillik müharibədən və iqtisadi sanksiyalardan sonra öz energetikasını bərpa edir.