Bank Of Baku

İtaliya xarici işlər nazirinin müavini: “Cənub qaz dəhlizi layihəsi təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa üçün strateji maraq kəsb edir” - VİDEO

İtaliya xarici işlər nazirinin müavini: “Cənub qaz dəhlizi layihəsi təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa üçün strateji maraq kəsb edir” - <span style="color: red;">VİDEO
# 16 dekabr 2013 10:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri İtaliya xarici işlər nazirinin müavini Marta Dassu Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması münasibətilə keçiriləcək tədbirlə bağlı açıqlamasında deyib. O bildirib ki, İtaliya TAP layihəsində maraqlıdır: “Cənub qaz dəhlizi layihəsi Avropanın qaz təchizatını şaxələndirən layihə kimi təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa üçün strateji maraq kəsb edir. Ona görə, sabah əsas gündür”.

 

M. Dassu qeyd edib ki mərasimdə İtaliya nümayəndə heyətini xarici işlər naziri Emma Bonino təmsil edəcək.

 

Nazir müavini iki ölkə arasında möhkəm ikitərəfli əlaqələrin yarandığını, Azərbaycandan neft aldıqlarını vurğulayaraq başqa sahələrdə də (səhiyyə, kənd təsərrüfatı və s.) əlaqələri genişləndirmək istədiklərini söyləyib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR