Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikası üzrə 2015-ci ilin iyul ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
“APA-Economics”in məlumatına görə, ötən ay Naxçıvan üzrə ümumi dəyəri 667 min 980 manat olan 6 mln. 680,529 min kubmetr həcmində təbii qaz istehlak edilib. Təbii qaz satışından 681 min 342 manat toplanıb. Başqa sözlə, təbii qaz satışına görə, ödəniş 102% yerinə yetirilib.