Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində 2 mln. 797,573 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 8,4% çoxdur.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu həcmin 1 mln. 841,720 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 mln. 510,833 min ton təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 1,6% çoxdur.
Ümumiyyətlə, BTC istismara verilən gündən bu ilin iyul ayının 1-ə qədər Ceyhan limanından 276 mln. 449,923 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.