Bank Of Baku

İyunadək BTC ilə 333 mln. ton Azərbaycan nefti nəql edilib

İyunadək BTC ilə 333 mln. ton Azərbaycan nefti nəql edilib
# 02 iyun 2017 08:32 (UTC +04:00)

2017-ci ilin iyunun 1-dək dünya bazarlarına 448 mln. ton Azərbaycan nefti çıxarılıb.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz - “Caspian Oil&Gas” konfransının ikinci günündə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

 

Onun sözlərinə görə, bu neftin 333 mln. tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilib.

 

Qeyd edək ki, Azərbaycan nefti 2006-cı ilin may ayından Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarlarına çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR