Bank Of Baku

Karbamid zavodu bu ilin IV rübündə fəaliyyətə başlayacaq

Karbamid zavodu bu ilin IV rübündə fəaliyyətə başlayacaq
# 31 may 2018 12:56 (UTC +04:00)

SOCAR-ın Sumqayıt şəhərində inşa etdiyi Karbamid zavodu bu ilin sonunda, IV rübdə fəaliyyətə başlayacaq.

 

APA-Economics”in məlumatına görə, bunu Karbamid zavodunun direktoru Xəyal Cəfərov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə çıxışında bildirib.

 

Onun sözlərinə görə, artıq mühəndislik və satınalma işləri tamamlanıb: " Zavodda ümumilikdə tikinti işlərinin 98 faizi yekunlaşıb. Gələn ay bütün təlim-təslim işləri tamamlanacaq”.

 

X. Cəfərov deyib ki, zavodun ilk məhsulu olan ammonyak avqust-sentyabr aylarında istehsal ediləcək. Bu ilin oktyabr-noyabr aylarında isə zavodun yekun məhsulu olan karbamid istehsalına başlanılacaq”.

 

O qeyd edib ki, zavod illik 650 min ton məhsul istehsal ediləcək. Bunun da 150-200 min tonu daxili bazara yönəldiləcək.

 

X. Cəfərov deyib ki, bu ilin əvvəlindən Sumqayıt Kimya Sənaye Parkının rezidenti olub: “Bu isə zavodu bir çox vergilərdən 7 il müddətinə azad edəcək. Bu, layihənin mənfəətliyinə və götürülən kreditin qaytarılmasına müsbət təsirini göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR