Bank Of Baku

Kaxa Kaladze: "Artıq İrandan qaz nəql etməyə ehtiyac yoxdur"

Kaxa Kaladze: "Artıq İrandan qaz nəql etməyə ehtiyac yoxdur"
# 04 mart 2016 13:38 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. "Azərbaycandan nəql olunan qazın həcminin artırılmasından sonra İrandan qaz nəql etməyə ehtiyac yoxdur". APA-nın Gürcüstan müxbiri xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa kaladze bildirib.

 

"Biz Azərbaycanla paralel İran tərəfi ilə də danışıqlar aparırdıq. Nəzəri cəhətdən İrandan qaz idxal etmək mümkündür. Lakin indiki durumda buna heç bir ehtiyac yoxdur", - deyə K. Kaladze bildirib.

 

Xatırladaq ki, bu gün Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alması ilə bağlı SOCAR və Gürcüstan hökuməti arasında Memorandum imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR