Bank Of Baku

Kənan Yavuz: “STAR Türkiyə iqtisadiyyatının kəsir probleminin həllinə 2,5 milyard dollar fayda verəcək” - FOTO

Kənan Yavuz: “STAR Türkiyə iqtisadiyyatının kəsir probleminin həllinə 2,5 milyard dollar fayda verəcək” - <span style="color: red;">FOTO
# 24 fevral 2015 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Londonda dünyanın ən nüfuzlu nəşrlərdən biri kimi tanınan “Infrastructure Journal (IJ) Global” jurnalının investisiya layihələri sahəsində mükafatlarının təqdimatı mərasimi keçirilib.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu layihəsi 2014-cü ildə Avropada “İlin ən yaxşı neft və qaz layihəsi” seçilib.

 

“IJ Global Avropa və Afrika Mükafatları” mərasimində 2014-cü ildə ən yaxşı enerji investisiyası layihələrinin qalibləri elan olunub. Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu layihəsi sayılan, 3,29 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilən STAR neft emalı zavodu layihəsinin maliyyələşdirilməsi beynəlxalq maliyyə layihəsi mükafatları çərçivəsində “Neft Emalı Zavodu üzrə ən yaxşı maliyyələşdirmə anlaşması” mükafatını qazanıb. “IJ Global” kreditorlara heç bir tamamlama zəmanəti verilməməsinə baxmayaraq, kredit miqdarı və müddəti baxımından STAR neft emalı zavodunun öz sferasında ilk layihə maliyyələşdirilməsi olduğunu vurğulayıb.

 

“SOCAR Turkey Enerji A.Ş.” şirkətinin baş icraçı direktoru Kənan Yavuz anlaşmanın kredit həcmi, zəmanət şəkli və müddət xüsusiyyətlərinə görə Türkiyədə ən böyük, ən çoxmənbəli və ən inkişaf etmiş layihə maliyyələşdirmə əməliyyatı olduğunu bildirib. Maliyyələşdirmə paketində 6 ölkədən 7 idxalat kredit quruluşu, 13 beynəlxalq ticarət bankı, 2 xarici inkişaf bankı və 1 Türkiyə bankının (Qaranti Bankı) iştirak etdiyi layihə eyni zamanda 2014-cü ildə Avropa-Orta Şərq-Afrika bölgəsində neft və təbii qaz sahəsində həyata keçirilən ən böyük layihə maliyyələşdirilməsidir. 2018-ci ilin birinci rübündə istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari kəsir probleminin həllinə minimum 2,5 mlrd. dollar məbləğində fayda verəcək. Emal olunacaq illik 10 mln. ton xam neft bu vaxtadək idxal edilən məhsulların istehsalına yönəldiləcək, bununla da əlavə dəyər Türkiyə daxilində qalaraq xalqın rifahına və ölkənin tərəqqisinə töhfə verəcək.

 

STAR neft emalı zavodunun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

 

Xatırladaq ki, STAR neft emalı zavodu bu il Global Financial Conferences təşkilatı tərəfindən “İlin ən yaxşı istiqraz və kredit əməliyyatları” (Bond &Loans; Award) mükafatlarının Türkiyəyə aid qismində 3 mükafat qazanıb, eyni zamanda “Reuters”in “Project Finance International” jurnalı tərəfindən də mükafata layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR