Bakı - APA-Economics. Avstriyanın OMV şirkəti Rusiya qazının Avropaya çatdırılması üçün reallaşdırılan "Türk axını" layihəsinin tikintisini həyata keçirəcək.
"APA-Economics"in "Die Presse"yə istinadən verdiyi xəbərə görə, layihənin icrası "Nabucco"nun keçmiş rəhbəri Raynhard Miçekə tapşırılıb.
OMV-nin mətbuat xidməti məsələyə münasibət bildirməkdən imtina edib.
"Hazırda biz yeni "Nabucco" üzərində çalışırıq. Lakin bu layihənin "Nabucco"dan böyük bir fərqi var: Türkiyə ərazisi ilə Xəzər dənizinin qazı əvəzinə Rusiya və ola bilsin ki, İran qazı nəql oluna bilər", - deyə "Die Presse" qeyd edir.