Bank Of Baku

KİV: TAP Avropanın enerji təhlükəsizliyini artırmaqla bağlı ssenariyə tam cavab verir

KİV: TAP Avropanın enerji təhlükəsizliyini artırmaqla bağlı ssenariyə tam cavab verir
# 02 aprel 2018 12:02 (UTC +04:00)

Avropa Komissiyası "Köhnə qitə"də qaza olan tələbatın artdığını bəyan edib.

 

APA-Economics” İtaliya KİV-nə istinadən xəbər verir ki, Avropa Komissiyasının hesablamalarına görə bu qitədə qaz istehlakının ümumi həcmi 2010-cu ildən bəri ən yüksək həddə çataraq 491 mlrd. kubmetr təşkil edib.

 

"İstehlakın həcminin artması enerji sektoruna tələbin artması, eyni zamanda kömürün istifadəsinin azalması və qazla əvəzlənməsi ilə əlaqədardır. Buna görə də sabit artım tempi müşahidə edilir", - deyə məlumatda vurğulanıb.

 

Avropa Komissiyasının mütəxəssisləri hesab edir ki, qaz istehlakının artım tempinə görə İtaliya 1-ci yerdə qərarlaşıb. 2014 -2017-ci illər ərzində Avropa Birliyində mavi yanacağa artan tələbatın 36%-i Almaniya və İtaliyanın payına düşüb. O cümlədən Avropada ən yüksək enerji xərcləri İtaliyaya məxsusdur.

 

"Bu səbəbdən TAP-ın tam istifadəyə verilməsi bu ssenariyə tamamilə cavab verir: İtaliya və Avropanın enerji təhlükəsizliyini artırmaq, İtaliya ailələrinə xərcləri azaltmaq, həmçinin, yavaş, lakin davamlı bərpa sənayesinin ehtiyaclarını ödəmək və rəqabəti gücləndirmək üçün daha çox qaz lazımdır".

 

Bu səbəbdən cari ilin sonuna TAP-ın Yunanıstan hissəsində boruların qaynaq işlərinin 100% tamamlanması sevindirici xəbərlərdəndir. Bu o deməkdir ki, işlər qrafikə uyğun davam edir. 2020-ci ildən TAP vasitəsi ilə  İtaliya və Avropaya qaz tədarükü mümkün olacaq", - deyə məlumatda vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR