Bank Of Baku

Konsul: "Bakı-Tbilisi-Qars bütün dünya üçün önəmli olan layihədir"

Konsul: "Bakı-Tbilisi-Qars bütün dünya üçün önəmli olan layihədir"
# 03 dekabr 2015 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi tamamlanandan sonra Qars ticarət mərkəzinə çevriləcək. Bundan başqa, layihə minlərlə insanı işlə təmin edəcək".

 

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Qarsdakı konsulu Ayxan Suleymanlı bildirib.

 

Diplomat bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi ilə paralel olaraq Qarsda tikilən logistika mərkəzi buraya böyük həcmdə investisiyanın axmasına səbəb olacaq.

 

"Layihənin önəmi günbəgün artır. Bu layihə yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, bütün dünya üçün çox önəmlidir. Bundan ən çox fayda götürən isə Qars olacaq", - deyə konsul qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR