"APA-Economics"in Latviya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Latviyanın iqtisadiyyat naziri Dana Reyznietse-Ozola bildirib.
Nazir vurğulayıb ki, bütün Avropa ölkələri bunu nəzərə alaraq, Avropa Enerji İttifaqının formalaşmasında maraqlıdır: “Hazırda söhbət Azərbaycandan və Türkmənistandan gedir. Avropa bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməlidir".
O həmçinin bildirib ki, Almaniya və Finlandiya kimi ölkələr Avropa Enerji İttifaqının təsis edilməsini dəstəkləyirlər, bununla belə Rusiya ilə münasibətlərini pozmaq istəmirlər.
Nazirin sözlərinə görə, Latviya üçün Avropa Enerji İttifaqı daha çox vacibdir. Belə ki, bu ölkə qaz idxalında tam olaraq Rusiyadan asılıdır.
Qeyd edək ki, Avropa Enerji İttifaqının yaradılması bu gün Latviyanın paytaxtı Riqa şəhərində avropalı energetika nazirlərin iştirakı ilə keçiriləcək konfransda müzakirə olunacaq.