Bank Of Baku

Maduro: “Venesuela neftin qiymətinin 100 dollardan artıq olması üçün əlindən gələni əsirgəməyəcək”

Maduro: “Venesuela neftin qiymətinin 100 dollardan artıq olması üçün əlindən gələni əsirgəməyəcək”
# 28 noyabr 2014 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “OPEK-in iclasında neft hasilatı ilə bağlı kvotanın azaldılmasına dair razılığın əldə olunmamasına baxmayaraq, Venesuela neftin bir barelinin qiyməti 100 dollara yaxın olması üçün əlindən gələn səylərini əsirgəməyəcək”.

 

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

 

Onun sözlərinə görə, son zamanlar neftin qiymətinin aşağı düşməsi Venesuela iqtisadiyyatına xeyli ziyan vurub: “Bununla belə Venesuela hökuməti ölkənin iqtisadi və sosial inkişafına, həmçinin əhalinin sosial rifahına yönəlmiş layihələrin büdcəsini azaltmağa tələsmir. Biz yalnız məmurların maaşlarını azalda bilərik”.

 

Bununla belə, Venesuela prezidenti OPEK daxilində və qurum xaricində fəal əməkdaşlığı davam etdirmək niyyətindədir və neftin bir barelinin qiymətinin 100 dollardan artıq olması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR