Bank Of Baku

Magistral kəmərlərlə nəql olunan neftin 79%-i BTC-nin payına düşür

Magistral kəmərlərlə nəql olunan neftin 79%-i BTC-nin payına düşür
# 14 dekabr 2017 13:14 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində magistral neft kəmərləri ilə 39 mln. 127,1 min ton neft nəql edilib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 30 mln. 862,1 min ton neft ötürülüb.

 

Dövr ərzində BTC ilə 5 mln. 877,2 min ton tranzit nefti də nəql edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR