Bank Of Baku

Malena Mard: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün “Türk axını” layihəsindən daha prioritetdir”

Malena Mard: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün “Türk axını” layihəsindən daha prioritetdir”
# 13 may 2015 14:02 (UTC +04:00)

Bakı - APA-Economics. Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritetdir.

 

Bu barədə “APA-Economics”ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

 

“Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. “Türk axını” layihəsi də yeni mənbədən qaz təchizatını nəzərdə tutur. Lakin Cənub Qaz Dəhlizi bizim üçün daha prioritet layihədir”, - deyə M. Mard qeyd edib.

 

Diplomat qeyd edib ki, Avropa İttifaqı üçün enerjidən səmərəli istifadə də olduqca əhəmiyyətlidir.

 

M. Mard əlavə edib ki, Azərbaycanla Avropa İttifaqı alternativ enerji sahəsində də səmərəli əməkdaşlıq edə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR