Bakı - APA-Economics. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard İranın Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşula biləcəyinə münasibət bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard “APA-Economics”ə bildirib ki, bununla bağlı ilk növbədə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməlidir: “Məsələnin siyasi tərəfi həll olunmalıdır. Ondan sonra biz hansısa müzakirələrə başlaya bilərik”.
“Avropa İttifaqı İran qazının nəqlində maraqlıdırmı” sualına cavab verən diplomat qeyd edib ki, Avropa üçün qaz marşrutlarının diversifikasiyası olduqca əhəmiyyətlidir. “Məhz buna görə Cənub Qaz Dəhlizi bizim üçün olduqca mühümdür. Bu, tamamilə yeni bir mənbədir. Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli layihədir”, - deyə M. Mard qeyd edib.