Bakı. Türbət Bağırova - APA. “Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində vacib rolunu vurğulayırıq. Ötən bir il ərzində bu strateji layihə üzrə əldə edilmiş inkişafı alqışlayırıq”.
APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, bu gün Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir.