Bank Of Baku

Masazırın elektrik enerjisi təchizatı məhdudlaşdırılır

Masazırın elektrik enerjisi təchizatı məhdudlaşdırılır
# 22 dekabr 2017 07:25 (UTC +04:00)

Bu gün Masazır qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

 

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq dekabrın 22-də saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR