APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən Şərqi Asiya üzrə Ümumdünya İqtisadi Forumunda çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Ümumdünya İqtisadi Forumunda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarı, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılır.