Bank Of Baku

Nazir: “SOCAR-ın TANAP və digər layihələrdəki payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur”

Nazir: “SOCAR-ın TANAP və digər layihələrdəki payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur”
# 11 mart 2016 09:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrdə həm də SOCAR-ın payı var. Bu layihələrin maliyyələşdirilməsində hər hansı problemin yaranacağını düşünmürəm”.

  
APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək  perspektivləri nədir?” mövzusunda paneldə energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, SOCAR-ın TANAP və digər layihələrdə öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur: “Eyni zamanda, bütün beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar. Onu da qeyd edim ki, TANAP-la bağlı işlərin böyük hissəsi artıq görülüb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR