Bank Of Baku

Natiq Əliyev Türkmənistanın TANAP-a qoşulması ilə bağlı dördtərəfli müzakirələrə qatılacaq

Natiq Əliyev Türkmənistanın TANAP-a qoşulması ilə bağlı dördtərəfli müzakirələrə qatılacaq
# 01 may 2015 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev Türkmənistanda rəsmi səfərdədir.

 

APA-Economics”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, N. Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqının dördtərəfli görüşünün keçirilməsi məqsədilə bu ölkədə rəsmi səfərdədir.

 

Görüşdə Türkmənistan təbii qazının Trans-Anadolu Qaz Boru Xətti (TANAP) layihəsinə cəlb olunması ilə bağlı Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı arasında dördtərəfli müzakirələrin aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR