Bank Of Baku

Nazir: ”ARDNF-in xərcləri azaldılacaq”

Nazir: ”ARDNF-in xərcləri azaldılacaq”
# 01 oktyabr 2014 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan neft hasilatının aktiv inkişafı illərində yaxşı gəlir əldə edib və bu gəlir Dövlət Neft Fonduna (ARDNF) yönəldilib. Ancaq bu neft məhsullarının yarıdan çoxu müxtəlif mühüm strateji layihələrə və ölkənin inkişafına xərclənib”.

 

APA-Economics”in məlumatına görə, bunu İstanbul İqtisadi Forumunda çıxışı zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

 

Nazirin sözlərinə görə, hazırda ARDNF-in böyük xərcləri dövlət büdcəsinə transfertlər təşkil edir: “Dövlət büdcəsinə yönəldilən bu vəsaitlər müxtəlif layihələrin həyata keçirilməsinə xərclənir. Ancaq zaman-zaman bu layihələrin həcmi azalır. Bu səbəbdən də gələcəkdə Dövlət Neft Fondunun xərclərinin azaldılması nəzərdə tutulur”.

 

Qeyd edək ki, bu ilin iyulun 1-nə ARDNF-in aktivləri 37,6 mlrd. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR