Bank Of Baku

Nazir: “Azərbaycan enerji ixracını 6 dəfə artırıb”

Nazir: “Azərbaycan enerji ixracını 6 dəfə artırıb”
# 24 dekabr 2014 13:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Son illərdə ölkənin enerji sisteminin gücü 40% artıb.

 

APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili: 2004-2014” konfransında Energetika naziri Natiq Əliyev deyib.

 

Onun sözlərinə görə, enerji sisteminin gücünün artması il ərzində 21-24 mlrd. kVt/saat elektrik enerjisinin istehsal edilməsinə imkan verir. Nazir bildirib ki, bu da respublikanın maksimum tələbatını 25-27% üstələyir. Başqa sözlə, ildə 2 mlrd. kVt/saat-a qədər enerji ixracına şərait yaradır.

 

N. Əliyev əlavə edib ki, bu gün ölkədə adambaşına düşən elektrik enerjisinin miqdarı 2 220 kVt/saat-a çatdırılıb ki, bu da, Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsindədir: “Bu illər ərzində Azərbaycanda 10 elektrik stansiyası tikilib ki, bunun da əksəriyyəti regionların payına düşür. Naxçıvanda yeni tikilmiş elektrik stansiyasının hesabına artıq Türkiyəyə elektrik enerjisinin ixracına başlanılıb. 2008-ci ilə qədər Azərbaycanın idxal etdiyi elektrik enerjisi ixracı bir neçə dəfə üstələyib. 2008-ci ildən etibarən bu sahədə vəziyyət köklü surətdə dəyişib. Son illər ərzində isə Azərbaycan idxal etdiyindən 5-6 dəfə çox elektrik enerjisi ixrac edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR