Bank Of Baku

Nazir: “Azərbaycan İran məhsullarının ixracı üçün əlverişli tranzit ölkə ola bilər”

Nazir: “Azərbaycan İran məhsullarının ixracı üçün əlverişli tranzit ölkə ola bilər”
# 12 iyul 2016 12:09 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “İran və Azərbaycan arasında sənaye və mədən sənayesi sahəsində əməkdaşlığa dair çox faydalı müzakirələr aparılıb”. 

 

Bunu APA-nın İran bürosuna açıqlamasında bu ölkənin sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə deyib. O bildirib ki, müzakirələrdə azərbaycanlı investorların İranın mədən sənayesinə sərmayə yatırması üçün çox yaxşı nəticələr əldə olunub: “Azərbaycan həm də Rusiya və digər ölkələrlə yaxşı əlaqələrinə görə İran məhsullarının ixracatı üçün əlverişli tranzit ölkə ola bilər”.

 

M. Nemətzadə qeyd edib ki, son günlər rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Azərbaycanda səfərdə olub: “Azərbaycanlı iş adamlarını İran mədən sənayesinin potensialı ilə tanış olmaq üçün ölkəmizə dəvət etmişik. Ümid  edirəm ki, Azərbaycan və İran arasında əlaqələr yüksələn  temp üzrə inkişaf etdiriləcək və əlaqələrin genişlənməsi hər iki ölkəyə  mənfəət qazandıracaq”.

 

M. Nemətzadənin sözlərinə görə, Azərbaycanda investisiyalar üçün yaxşı şərait yaradılıb: “Biz də ora sərmayə yatırmaqda maraqlıyıq. İran və Azərbaycan iki dost və qardaş ölkələrdir və dini, tarixi və dil bağlılıqlarına görə əlaqələrin inkişafı üçün geniş potensiala malikdirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR