Bank Of Baku

Nazir: “Neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı çox möhkəmdir”

Nazir: “Neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı çox möhkəmdir”
# 13 may 2015 09:22 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən Azərbaycan biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ölkədə 29,6 mlrd. Kubmetr qaz hasil edilib ki, bunun da çox hissəsi “Azəri-Çıraq” və “Şahdəniz” yataqlarına aiddir: “Azərbaycanın neft ixracı təxminən 35 milyon ton olub ki, bunun da çox hissəsi “Azəri-Çıraq-Günəşli” yatağına aiddir.”

 

N. Əliyev qeyd edib ki, limanlardan ixraca göndərilən neftin təxminən 67,9%-i Azərbaycanın payına düşüb: “Bu rəqəmlər çox yüksək göstəricilərdir. Ötən ilin iyul ayından etibarən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı çox möhkəmdir. İnanıram ki, Azərbaycanın mədən, neft-qaz sənayesinin inkişafı üçün böyük imkanlar yaradılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR