"Azərbaycan etibarlı tərəfdaşdır və uzun illər ərzində həyata keçirilən siyasət nəticəsində etibarlı tərəfdaşlar qazanıb. Bu, bizim strategiyamızdır".
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünyanın bir çox yerində neft və qaz ehtiyatları olsa da, onların hasil edilməsi o qədər də asan olmur: "Bunun üçün həm böyük investisiyaların, həm də zəruri infrastrukturun olması vacibdir. Bunlar hamısı şərtlərdir. Azərbaycan uzun illərdir neft və qaz strategiyasını uğurla həyata keçirir. Bu, bizi başqa ölkələrdən fərqləndirir. Bu layihəni həyata keçirməklə Azərbaycanın inkişafına nail olmaqla yanaşı, başqa ölkələrin də enerji təchizatına töhfəmizi veririk".