Bank Of Baku

Nazir: "Azərbaycandakı enerji mənbələri yeni mərhələnin başlamasına səbəb olacaq"

Nazir: "Azərbaycandakı enerji mənbələri yeni mərhələnin başlamasına səbəb olacaq"
# 21 aprel 2016 09:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bu gün Yaxın Şərqdə baş verən proseslər neft-qaz sektorunda yeni mərhələnin başlamasına səbəb olub".

 

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

 

Buna misal olaraq nazir İran üzərindən sanksiyaların aradan götürülməsini göstərib: "Sanksiyalar aradan götürüldükdən sonra ciddi bir dönəm başlayıb".
 

"Azərbaycanda mövcud və yeni enerji mənbələrinin bazara daxil olması, o cümlədən İraq və İsrail kimi ölkələrin bazarda daha effektiv oyunçulara çevrilməsi yeni mərhələnin başlamasını göstərir", - deyə B. Albayrak qeyd edib.

 

Nazir əlavə edib ki, Türkiyə qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında bundan sonra da çox iş görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR