Bank Of Baku

Nazir: Geosiyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyur

Nazir: Geosiyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyur
# 25 aprel 2017 08:52 (UTC +04:00)

"Hazırda Suriyada baş verən müharibə, Rusiyaya qarşı sanksiyaların yürüdülməsi və bir sıra digər geosiyasi hadisələr dünya iqtisadiyyatına və enerji resurslarının qiymətinə təsirsiz ötüşməyib". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.


Onun sözlərinə görə, bütün bu siyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyub: "Bu hadisələr həmçinin neftin qiymətini aşağı salıb ki, bu da Xəzəryanı ölkələrin ümumi daxili məhsul istehsalına, ümumilikdə onların iqtisadiyyatına mənfi təsir edib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR