Bank Of Baku

Nazir: "Neftin qiymətinin sabit qalması üçün həyata keçirilən tədbirlər davam etdirilməlidir"

Nazir: "Neftin qiymətinin sabit qalması üçün həyata keçirilən tədbirlər davam etdirilməlidir"
# 15 mart 2018 08:26 (UTC +04:00)

"OPEC və qeyri-OPEC ölkələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib"

 

"OPEC-ə üzv dövətlər və qeyri-OPEC ölkələrinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib".

 

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, neftin qiymətinin sabit qalması üçün bu əməkdaşlıq davam etdirilməlidir:“Bu işin nəticəsini görərək həm OPEC, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da düşünür ki, bu fəaliyyəti davam etdirmək lazımdır”.

 

Nazir xatırladıb ki, bu ilin iyun ayında Vyanada OPEC-in nazirlər səviyyəsində görüşü planlaşdırılır: "Ümid edirik ki, orada yenə də çox faydalı qərarlar qəbul ediləcək. Bu da neftin qiymətinin bazarda sabitləşməsinə xidmət edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR