"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin energetika və kömür sənayesi naziri Vladimir Demçişin bildirib.
"Bizim qaz tədarükü ilə bağlı müəyyən fikirlərimiz var. Lakin bu məsələdə tranzit məsələsi bizi çətinə salır... Söhbət neft məhsullarının, qaz kondensatının, uran konsentratının tədarükündən gedir. Marşruta gəlincə, tədarük Azərbaycan və Gürcüstan dəmir yolu xətləri, ardınca isə dəniz yolu ilə mümkün ola bilər", - deyə o bildirib.