Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yunanıstan hökuməti Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisini dəstəkləyir, lakin bu layihənin reallaşdırılmasından daha çox səmərə qazanmaq istəyir.
"APA-Economics"in Rusiyanın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis deyib.
"Kəmərin tranzit şərtləri ilə bağlı bizim bəzi şübhələrimiz var. Bu şübhələr Yunanıstanın marağı ilə bağlıdır. Biz TAP-ın Yunanıstan ərazisindən keçməsini dəstəkləyirik və bilirik ki, bu, ölkənin firavanlığına müsbət təsir edəcək", - deyə nazir bildirib.
P. Lafazanis bildirib ki, Yunanıstan hökuməti TAP-ın həm bu ölkə üçün, həm də Azərbaycan üçün daha səmərəli olacağı çalışacaq.
"Daha yaxşı nəticələrin əldə olunması üçün birgə müzakirələr aparılacaq", - deyə nazir əlavə edib.