Bank Of Baku

Nazir: "Yunanıstanın enerji mərkəzinə çevrilməsində TAP əsas rol oynayır"

Nazir: "Yunanıstanın enerji mərkəzinə çevrilməsində TAP əsas rol oynayır"
# 09 iyun 2016 10:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Yunanıstanın enerji mərkəzinə çevrilməsində Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi əsas rol oynayır".
 

"APA-Economics" xəbər verir ki, bunu Yunanıstanın energetika naziri Panos Skurletis “European Energy Review” nəşrinə müsahibəsində deyib.

 

Nazir bildirib ki, Xəzər dənizindən Avropaya təbii qaz nəql edəcək bu layihə dünya əhəmiyyətli layihədir. "Ümumiyyətlə, Yunanıstan hökuməti enerji sektoru ilə bağlı hərtərəfli siyasət həyata keçirir. Bu siyasətin nəticəsində isə biz müsbət nəticələr əldə etmişik. İlk uğur kimi isə TAP-ın adını çəkmək olar. Çünki TAP Yunanıstanın enerji mərkəzinə çevrilməsində əsas rol oynayır", - deyə P. Skurletis qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR