Bakı. Vüsal Nəbiyev - APA-Economics. Gələn ilin I yarısında Neftçala rayonunda ilk sənaye məhəlləsi fəaliyyətə başlayacaq.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, hazırda sənaye məhəlləsində rabitə, qaz, kanalizasiya, nəqliyyat və digər infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.
“Həm Neftçala rayonundan, həm ətraf rayonlardan, Salyandan olan sahibkarlar tərəfindən bu müəssisəyə maraq olduqca böyükdür”, - deyə N. Səfərov bildirib.