Bank Of Baku

Nazir müavini: Ötən il qeyri-neft məhsullarının ixracı artıb

Nazir müavini: Ötən il qeyri-neft məhsullarının ixracı artıb
# 16 mart 2018 11:36 (UTC +04:00)

Ötən il Azərbaycanda qeyri-neft məhsullarının ixracı 24,4 artıb.

 

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib.

 

Nazir müavinin sözlərinə görə, bir il ərzində bu rəqəm 1 mln. 540 min dolları keçib. O bildirib ki, ötən il sənaye məhsullarının ixracı 21%, kənd təsərrüfatı məhsullarının ixracı 28% artıb.

 

S. Babayev deyib ki, ötən il ixrac edilən ölkələrin sayında da artım var və ölkəmizin ixrac etdiyi ölkələrin sayı 187 ölkəyə çatıb. 160-dan çox Azərbaycan şirkətinə hüquqi yardımlar göstərilib, ixracla bağlı müxtəlif xidmətlər göstərilib.

 

Nazir müavini qeyd edib ki, bu günə qədər 16 ədəd müxtəlif ixracyönümlü assosiasiya yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR