Bank Of Baku

Nazirlik: Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz 1 mln. ton artıqlaması ilə yerinə yetirilib

Nazirlik: Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz 1 mln. ton artıqlaması ilə yerinə yetirilib
# 25 fevral 2015 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda 41 184,6 min ton proqnoza qarşı 42 160,7 min ton neft hasil edilib.

 

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin yanacaq-energetika kompleksində görülmüş işlər barədə 2014-cü il üzrə hesabatında dərc edilib.

 

Hesabata görə, hasil olunan neftin 30 614,5 min ton proqnoza qarşı 31 436,7 min tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 2 270,1 min ton proqnoza qarşı 2 324,0 min tonu “Şahdəniz” yatağının (kondensat), 8 300,0 min ton proqnoza qarşı 8 400,0 min tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

 

Ötən il AÇG-dən hasil olunan neftin 3476,0 min ton proqnoza qarşı 3080,7 min tonu “Çıraq” yatağından, 161,0 min ton proqnoza qarşı 2486,0 min tonu “Qərbi Çıraq” yatağından, 6310,0 min ton proqnoza qarşı 7 735,0 min tonu “Mərkəzi Azəri” yatağından, 8800,0 min ton proqnoza qarşı 7341,0  min tonu “Qərbi Azəri” yatağından, 6347,5 min ton proqnoza qarşı 3 638,0 min ton “Şərqi Azəri” yatağından, 5520,0 min ton proqnoza qarşı 7156,0 min ton “Dərinsulu Günəşli” yatağında hasil edilib.

 

Hasil olunan neft proqnozdan SOCAR üzrə 100,0 min ton, AÇG üzrə 822,2 min ton, “Şahdəniz” (kondensat) 53,9 min ton çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR