Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi üzrə yeni optimallaşdırma tədqiqatının yekun təqdimatı keçirilib.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ və NQNK kompleksi rəhbərliyinin, NQNK-nın texniki-iqtisadi əsaslandırması üzrə əsas podratçıları olan “Technip” və “UOP” şirkətlərinin, yeni optimallaşdırma tədqiqatı üzrə layihəni idarə edən şirkət olan “Fluor”un, eləcə də “Neftqazelmitədqiqatlayihə” və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutlarının əməkdaşlarının iştirak etdiyi görüşdə NQNK-nın yekun konfiqurasiyası və Kompleksin iqtisadi göstəriciləri təqdim olunub.
Tədbirin sonunda NQNK kompleksi üzrə yekun konfiqurasiya tədqiqatı geniş müzakirə edilib və fikir mübadiləsi aparılıb.