Bank Of Baku

Neft-qaz şirkətlərindən proqnozdan 12 mln. manat az mənfəət vergisi yığılıb

Neft-qaz şirkətlərindən proqnozdan 12 mln. manat az mənfəət vergisi yığılıb
# 22 may 2017 12:40 (UTC +04:00)

2016-cı ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 357 mln. 640,1 min manat təşkil edib. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
 

2016-cı il dövlət büdcəsində Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödənişlər 370 mln. manat həcmində nəzərdə tutulub.

"Ötən il PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 357 mln. 640,1 min manat təşkil edib. Plan tapşırığı 96,7% icra olunub. 2015-ci illə müqayisədə bu şirkətlər üzrə dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmaların həcmi 47,4% azalıb", - deyə sənəddə vurğulanıb.

Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR