Bank Of Baku

Neft Emalı Zavodunun yenidənqurma layihəsinin hazırkı dəyəri açıqlanıb

Neft Emalı Zavodunun yenidənqurma layihəsinin hazırkı dəyəri açıqlanıb
# 23 aprel 2018 15:23 (UTC +04:00)

"Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidənqurma layihəsinin dəyəri təxminən 2,2 milyard dollar təşkil edir".

 

APA-Economics”in məlumatına görə, bunu SOCAR vitse-prezidentinin Strateji inkişaf üzrə məsləhətçisi Teymur Əliyev Bakıda keçirilən SOCAR III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, layihə tam olaraq Azərbaycan Dövlət Neft Fondu vasitəsilə maliyyələşdirilir. O, bu layihənin dəyərinin dəyişə biləcəyini istisna etməyib.

 

T. Əliyev qeyd edib ki, rekonstruksiya olunan qurğular (Paket B) üçün imzalanan müqavilələrdə qiymətlər dəyişə bilər: "Bu isə qurğuların köhnə olması, istismara verilmə illərinin fərqli olması və onların çoxunun uzun illərdir istismarda olmasına görə podratçıların təyin olunmuş qiymətlə müqavilə imzalaması ilə bağlıdır. Buna görə də layihə dəyəri ilə bağlı dəqiq rəqəmi demək olmur. Biz çalışırıq ki, qənaət edərək xərcləri azaldaq. Bu səbəbdən layihənin qeyd olunan dəyəri (2,2 mlrd. dollar) azala və arta bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR