Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bəyan edib.
Bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.
Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.